• Bakı 26° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər

SİYASƏT

04 Iyul 2026 | 18:34

Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər

Türkiyə ABŞ və İranla əldə olunan razılaşma və aparılan danışıqları dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında deyib.

"Bu nəticənin əldə edilməsində Pakistanın Baş naziri Şahbaz Şərif və digər pakistanlı qardaşlarımızı təbrik edirəm", - Ərdoğan əlavə edib.

Ş. Şərif bildirib ki, ABŞ ilə İran arasında atəşkəsin əldə edilməsi prosesində Türkiyə həmişə Pakistanı dəstəkləyib.

Hər iki lider Türkiyə ilə Pakistan arasında iqtisadi əlaqələrin də inkişaf etdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, İstanbulda keçirilən "Türkiyə-Pakistan Biznes Forumu"nda bu barədə daha ətraflı məlumat verilib. Forumda çıxış edən Ş. Şərif Kəraçi Sənaye Parkında türk investorlara xüsusi bir ərazinin ayrılacağını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR