Futbol üzrə dünya çempionatında Mərakeş Kanadaya qalib gəlib.
Bakıvaxtı.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
Komandanın heyətində 50 və 82-ci dəqiqələrdə Azzedin Unahi fərqlənməklə dubla imza atıb. Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sufyan Rahimi müəyyənləşdirib.
Cari mundialda ilk 1/4 finalçı olan Mərakeş bu raundda Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.
***
22:49
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ikinci qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.
82-ci dəqiqədə Azzedin Unhai dubl edib.
***
22:24
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ilk qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.
50-ci dəqiqədə Azzedin Unhai adını tabloya yazdırıb.
***
21:59
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ilk hissə bitib.
Bakıvaxtı.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
***
21:01
2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunlarına start verilib.
Bakıvaxtı.az xəbər verir ki, mərhələnin ilk qarşılaşmasında Kanada və Mərakeş milliləri üz-üzə gəlir.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Qeyd edək ki, bu cütün qalibi 1/4 final mərhələsinə yüksələcək.
















