• Bakı 27° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

“Neftçi"yə yeni baş məşqçi təyin olundu

İDMAN

03 Avqust 2026 | 19:08

“Neftçiyə yeni baş məşqçi təyin olundu

"Neftçi" basketbol komandasına yeni baş məşqçi təyin olunub.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, Konstantinos Vasiliadis ilə ilkin olaraq 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb. Mövsümün sonunda isə sözləşmənin müddəti yenidən dəyərləndiriləcək.

Yunanıstanlı mütəxəssis son olaraq İspaniyanın "Lusentum Alikante" klubunu (2025-2026) çalışdırıb.

Qeyd edək ki, Konstantinos Vasiliadis zəngin basketbolçu karyerası ilə tanınır. 42 yaşlı mütəxəssis vaxtilə "Olimpiakos", PAOK, "Unikaxa Malaqa", "Anadolu Efes" və "Bilbao Basket" kimi Avropanın önəmli klublarında çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR