• Bakı 27° C

    6.32 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Tramp: "Marsa gedəcəyik"

DÜNYA

05 Iyul 2026 | 10:43

Tramp: Marsa gedəcəyik

ABŞ Prezidenti Donald Tramp ölkəsinin yaxın vaxtlarda Marsa pilotlu kosmik missiya təşkil edə biləcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Donald Tramp bu barədə ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə Vaşinqtonda keçirilən tədbirdə çıxışı zamanı danışıb.

ABŞ prezidenti əvvəlcə Ay missiyasının həyata keçiriləcəyini, daha sonra isə Marsa pilotlu uçuşun reallaşdırılacağını deyib.

"Biz çox yaxın zamanda Marsa gedəcəyik. Düşünürəm ki, Aya çatacağıq və daha sonra irəliləyəcəyik. Ardınca isə Marsa yollanacağıq", - deyə Tramp bildirib.

O, həmçinin xatırladıb ki, prezidentliyinin ilk dövründə onun təşəbbüsü ilə ABŞ Kosmik Qüvvələri yaradılıb.

 

Trampın sözlərinə görə, həmin vaxt bu təşəbbüsə istehza ilə yanaşanlar olsa da, hazırda onun əhəmiyyəti hamıya aydındır.

 

ABŞ prezidenti əlavə edib ki, ölkəsi kosmos sahəsində Çin və Rusiyanı geridə qoymağa başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Iyul 2026