• Bakı 26° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

"Fənərbağça" Mert Hakan Yandaşla müqaviləni uzatdı

İDMAN

05 Iyul 2026 | 18:28

Fənərbağça Mert Hakan Yandaşla müqaviləni uzatdı

Türkiyənin "Fənərbağça" klubu yarımmüdafiəçi Mert Hakan Yandaşla bir illik yeni müqavilə imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında imzalanan yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Klubun açıqlamasına əsasən, Mert Hakan Yandaş müqavilə müddətində Türkiyədə qanunla müəyyən edilmiş minimum əməkhaqqı məbləğində maaş alacaq.

Qeyd edək ki, Mert Hakan Yandaş ötən ilin dekabrında Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılmışdı. Futbolçu bu ilin aprelində məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək azadlığa buraxılmışdı.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Iyul 2026