Almaniyanın "Şalke 04" klubu hücumçu Edin Ceko ilə müqavilənin müddətini uzadıb.
Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı forvardla yeni 1 illik sözləşmə imzalanıb.
Futbolçu avqustun 4-də komandanın təlim-məşq düşərgəsinə qoşulacaq. Bosniya və Herseqovinadan olan hücumçu 2026-cı ilin yanvarında "Şalke 04"ə azad agent kimi keçib. O, II Bundesliqada 11 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Edin Ceko bu yay Bosniya və Herseqovina millisinin heyətində DÇ-2026-da çıxış edib. Bu, onun 2014-cü ildən sonra qatıldığı ikinci dünya çempionatı olub.
Bakı 



