• Bakı 29° C

    3.93 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

"Qalatasaray"ın imkansız xəyalı: Rodrigo Mora

İDMAN

04 Avqust 2026 | 11:03

Qalatasarayın imkansız xəyalı: Rodrigo Mora

"Qalatasaray" "Porto"nun 19 yaşlı hücumameylli yarımmüdafiəçisi Rodrigo Mora ilə maraqlanır.

Bakıvaxtı.az bu barədə Türkiyə mediasına istinadla xəbər verur.

Məlumata görə, "sarı-qırmızılar" Françesko Farioli rəhbərliyi altında çox oyun təcrübəsi almayan gənc ulduzu məcburi satın alma seçimi ilə icarəyə götürmək istəyirlər, lakin Porto bu fikrə maraq göstərmir.

Portuqaliyanın "Record" qəzeti "Qalatasaray"ın Rodrigo Mora üçün transferini "imkansız bir xəyal" kimi təsvir edib.

"Qalatasaray"ın Mora üçün lazımi resurslara sahib olmadığı və "sarı-qırmızılar"ın bu transferi tamamlamasının çox çətin olacağı bildirilir. 

"Rodrigo Moranın adı Qalatasarayla əlaqələndirilsə də, Portoya çatan konkret təklif yoxdur", - məqalədə deyilir.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Avqust 2026