• Bakı 27° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

İstirahəti faciə ilə bitən 4 dost şəhərə işləmək üçün gəlibmiş

HADİSƏ

03 Avqust 2026 | 22:04

İstirahəti faciə ilə bitən 4 dost şəhərə işləmək üçün gəlibmiş

Quba rayonunun Güləzi kəndindən olan dörd dostun istirahəti faciə ilə nəticələnib.

Bakıvaxtı.az “Shimal.news”a istinadən xəbər verir ki, gənclər işləmək üçün Sumqayıt şəhərinə gediblər. İstirahət günü onlar dənizdə çimərkən batma təhlükəsi ilə üzləşiblər.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 2001-ci il təvəllüdlü Məhəbbət Fətəliyev, 2000-ci il təvəllüdlü Sahil Mustafayev və 2001-ci il təvəllüdlü Elbrus Cəlalovu xilas etməyə müvəffəq olublar.

Lakin 2005-ci il təvəllüdlü Niyaz Pirməmmədovun həyatını xilas etmək mümkün olmayıb. Gənc suda boğularaq dünyasını dəyişib.

Niyaz Pirməmmədovun nəşi ötən gecə doğulduğu Quba rayonuna gətirilib və bu gün doğma kəndində torpağa tapşırılıb.

Bildirilib ki, o, ailənin yeganə oğul övladı olub və üç bacının bir qardaşı idi.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR