• Bakı 26° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

İsrail Qəzza zolağından qoşunlarını geri çəkmək istəmir

DÜNYA

03 Avqust 2026 | 22:36

İsrail Qəzza zolağından qoşunlarını geri çəkmək istəmir

İsrail hakimiyyəti Qəzza zolağının Fələstin hissəsini İsrail Müdafiə Qüvvələrinin (İMQ) nəzarət etdiyi ərazidən ayıran demarkasiya "sarı xəttindən" qoşunlarını geri çəkməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Times of Israel" məlumat yayıb.

"İsrail Qəzza zolağındakı hazırkı xətdən qoşunlarını geri çəkməyəcək. Hakimiyyət ölkə vətəndaşları və hərbçiləri üçün istənilən təhdidi aradan qaldırmağa davam edəcək", - yüksəkvəzifəli İsrail rəsmisi nəşrə bildirib.

Daha əvvəl İsraildə bəyan edilib ki, Sülh Şurası tərəfindən Qəzza zolağında vəziyyətin nizamlanmasına dair təklif olunan plan İsrailin tələblərinə cavab vermir və ölkənin regiondakı maraqlarına ziddir. Xüsusilə də, hakimiyyət İsrailin HƏMAS-ın tam tərk-silah edilməsinə qədər qoşunlarını geri çəkməyəcəyini xatırladıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Avqust 2026