• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Müdafiə naziri hərbi attaşelərlə görüşdü - FOTO

SİYASƏT

03 Avqust 2026 | 19:15 | Müəllif: Subhan Mahmudov

Müdafiə naziri hərbi attaşelərlə görüşdü - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri ilə görüşüb. 

Bakıvaxtı.az xəbər verir ki, müdafiə nazirinə cari il ərzində ölkəmizin digər ölkələrlə hərbi əməkdaşlığı üzrə mövcud vəziyyət, hərbi attaşelik aparatlarının fəaliyyəti və xarici ölkələrdə yeni təsis olunmuş attaşelik aparatları barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı sülhün təmin olunması istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin və ölkəmizdə ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatların təbliğinin vacibliyi vurğulanıb.

General-polkovnik Z.Həsənov hərbi attaşelik aparatları tərəfindən xarici dövlətlərdə ölkəmizin milli maraqlarının qorunması və hərbi sahədə qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə görülən işləri müsbət qiymətləndirib.


Müdafiə naziri hərbi attaşelərlə görüşdü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026