• Bakı 29° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Kassis Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

SİYASƏT

04 Avqust 2026 | 12:10

Kassis Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis avqustun 4-də Şəhidlər xiyabanını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbərinə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Avqust 2026