• Bakı 30° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

MMA döyüşçüsü Allan Nascimento 34 yaşında vəfat etdi

İDMAN

04 Avqust 2026 | 08:58

MMA döyüşçüsü Allan Nascimento 34 yaşında vəfat etdi

UFC-də yarışan braziliyalı yüngül çəkili qarışıq döyüş ustası Allan Nascimento 34 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbətr verir ki, bu barədə təşkilatın mətbuat xidməti sosial mediada məlumat yayıb.

"Dünən səhər, 3 avqust bazar ertəsi günü sevimli yüngül çəkili döyüşçümüz Allan Nascimento yuxuda şübhəli infarkt keçirdikdən sonra huşsuz vəziyyətdə tapılıb. Tibbi heyətin səylərinə baxmayaraq, o, hadisə yerində ölüb. Bu inanılmaz dərəcədə çətin dövrdə Allanın ailəsinə, dostlarına, komanda yoldaşlarına və bütün sevənlərinə dərin hüznlə başsağlığı veririk", - UFC-nin açıqlamasında bildirilib.

Allan Nascimento 29 MMA döyüşündə iştirak edib və 22 qələbə, 7 məğlubiyyətlə yadda qalıb. İyunun 20-ödə braziliyalı son döyüşünü UFC Vegas 119-da keçirib və orada Mitch Raposo-ya fərqli hesablarla uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Avqust 2026