• Bakı 29° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Ardanın Juniora qarşı sərt münasibəti: “Real Madrid”in müqavilə böhranı

İDMAN

04 Avqust 2026 | 11:23

Ardanın Juniora qarşı sərt münasibəti: “Real Madrid”in müqavilə böhranı

 “Arsenal” da daxil olmaqla bir çox klub Vinisius Juniorun “Real Madrid”dəki vəziyyətini yaxından izləyir.

Bakıvaxtı.az-ın məlumatına görə, “Defensa Central” yazır ki, “Real Madrid “prezidenti Florentino Perez Vinisiusu saxlamaq istəyir və oyunçu ilə təkbətək görüş keçirəcək.

Xəbərdə deyilir ki, Vinisius Junior, Kylian Mbappenin PSG-də istifadə etdiyi rahat müqaviləyə bənzər bir müqavilə tələb edir, o cümlədən imza bonusu, eləcə də bonus bəndləri və təşviqlər.

Xəbərdə eyni zamanda Arda Güler və Jude Bellingham kimi vacib oyunçuların bonus tələblərinə etiraz edə biləcəyi qeyd  olunur. Bildirilir ki, Vinicius Juniorun müqaviləsinin tələb olunduğu kimi yenilənəcəyi təqdirdə hər iki oyunçu oxşar tələblər irəli sürə bilərlər.

Qeyd edək ki, “Real Madrid” Vinisius Junior ilə müqavilə yeniləmə danışıqlarını davam etdirir. Braziliyalı ulduzun müqaviləsi 2027-ci ildə başa çatır.

 Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Avqust 2026