ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassis Azərbaycana ilk rəsmi səfərinə başladığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
Kassis bildirib ki, İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir və ticarət, innovasiya, iqtisadiyyat sahələrində əməkdaşlığı dərinləşdirməyi, eyni zamanda Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahın təşviqi istiqamətində fəaliyyəti gücləndirməyi hədəfləyir.
"Bu səfər daha geniş regional diplomatik təmasların başlanğıcıdır", - ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib.
İqnazio Kassisin növbəti səfəri Türkmənistana olacaq.
Bakı 



