• Bakı 8° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Elvin Yunuszadə "Boluspor"da 

İDMAN

04 Avqust 2026 | 15:22 | Müəllif: Əli Hüseynov

Elvin Yunuszadə "Boluspor"da

Türkiyə I Liqa təmsilçisi "Boluspor" Elvin Yunuszadəni transfer edib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, azərbaycanlı müdafiəçi ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

Elvin Yunuszadə karyerası ərzində "Neftçi" və "Qarabağ"ın heyətində ümumilikdə 5 dəfə Azərbaycan Premyer Liqasının, 5 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.

Təcrübəli müdafiəçi avrokuboklarda da zəngin təcrübəyə malikdir. O, 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olan "Neftçi"nin heyətində yer alıb və 3 oyunda iştirak edib. O, həmçinin 2017/2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşən "Qarabağ"ın heyətində çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR