ABŞ-ın Ohayo ştatında kənd ərazisində yerləşən evdə ağır vəziyyətdə olan 16 uşaq aşkarlanıb. Hadisə ilə bağlı dörd nəfər uşaq həyatını təhlükəyə atma maddəsi ilə həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, Ohayo Təhqiqat Bürosu və yerli şerif idarəsinin əməkdaşları Hamden kəndindəki evə baxış zamanı uşaqların son dərəcə acınacaqlı şəraitdə yaşadığını müəyyən ediblər. Rəsmilərin bildirdiyinə görə, onların hamısının tibbi yardıma ehtiyacı olub.
Baş prokuror Endi Uilson bunu peşə fəaliyyətində rastlaşdığı ən dəhşətli hadisə adlandıraraq, uşaqların yaşadığı şəraiti "təsəvvürəgəlməz" kimi qiymətləndirib.
Hadisə ilə əlaqədar Qari Sayders Jr., Qari Sayders Sr., Kristina Sayders və Elizabet Sayders saxlanılıb. Onlara ciddi fiziki zərərə səbəb olan uşaq həyatını təhlükəyə atma ittihamı irəli sürülüb.
Uşaqların yaşı 1,5-dan 18 yaşadək olub. Onlardan bir neçəsinin vəziyyəti ağır olub, iki uşaq isə xüsusi təyyarə ilə travma mərkəzlərinə aparılıb.
Rəsmilər hadisənin insan alveri ilə bağlı olmadığını bildiriblər. İstintaq davam edir.
Bakı 



