• Bakı 27° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

İsmayıllıda iki nəfərin öldüyü qəzanın səbəbi bu imiş

HADİSƏ

05 Iyul 2026 | 15:21

İsmayıllıda iki nəfərin öldüyü qəzanın səbəbi bu imiş

Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində iyulun 4-də iki nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi bəlli olub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

İlkin araşdırmalar zamanı əldə olunan məlumatlara əsasən, hadisənin sürücünün diqqətinin mobil telefona yönəlməsi nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Qurum bir daha sürücülərin diqqətinə çatdırıb ki, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə diqqətin yayınmasına, yol şəraitinin düzgün qiymətləndirilməməsinə və ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan ən ciddi risk amillərindən biridir.

Qeyd edək ki, Zaqatala rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Süleymanovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton maneəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, 1959-cu il təvəllüdlü Elmira Duxiyeva hadisə yerində həyatlarını itiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Iyul 2026