Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bildirib ki, ölkəsi İran rəhbərliyinə sui-qəsd etmək niyyətində deyil. Çünki bu, İranla gələcək danışıqları qeyri-mümkün edər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ Prezidenti ilə müsahibəyə istinadla məlumat yayıb.
Bildirilib ki, Donald Tramp İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimini izlədiyini vurğulayıb. O, həmçinin İran rəsmilərini öldürmək üçün zərbə endirilməsi ehtimalı barədə deyib:”Biz bunu etməyəcəyik, çünki o zaman danışıqlar aparacaq heç kimimiz olmayacaq".
Xatırladaq ki, Tramp daha əvvəl Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar ABŞ-İran danışıqlarına bir həftəlik fasilə verildiyini bildirib.
ABŞ-nin və İsrailin hava hücumları zamanı həlak olan Əli Xameneinin dəfn mərasimi iyulun 3-də İranın paytaxtı Tehranda başlayıb. Mərasimdə bir sıra ölkələrdən olan nümayəndə heyətləri iştirak edir.
Bakı 



