• Bakı 27° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Klopp millinin baş məşqçisi təyin edildi

İDMAN

05 Iyul 2026 | 15:39

Klopp millinin baş məşqçisi təyin edildi

Yurgen Klopp Almaniya milli komandasının baş məşqçisi təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano X sosial media səhifəsində məlumat yayıb.

Yaxın günlərdə bu təyinatın rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, iyulun 3-də Almaniya Futbol Assosiasiyası (DFB) Julian Nagelsmannın müqaviləsinin vaxtından əvvəl ləğv olunduğunu elan edib. 

Almaniya millisi DÇ-2026-da çıxışını 1/16 final mərhələsində başa vurub. Komanda Paraqvaya əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Klopp son olaraq "Liverpul"u çalışdırıb. 2024-cü ildə İngiltərə klubundan ayrılan almaniyalı mütəxəssis "Maynts" və Dortmund "Borussiya"sının da baş məşqçisi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Iyul 2026