• Bakı 26° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Avropada istilərdən yaranan iqtisadi itkilər 5 milyard avroya yaxınlaşıb

İQTİSADİYYAT

04 Iyul 2026 | 22:45

Avropada istilərdən yaranan iqtisadi itkilər 5 milyard avroya yaxınlaşıb

Avropa iqtisadiyyatı anormal istilər səbəbilə təxminən 5 milyard avro itki verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müstəqil sənaye eksperti Leonid Xazanov "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.

Ekspert bildirib ki, hesablamalar əsasən Avropada elektrik enerjisinin qiymət artımı üzərində qurulub.

Onun sözlərinə görə, istilər yalnız enerji sektoruna deyil, həm də bir sıra digər sahələrə ciddi təsir göstərib.

Xazanovun sözlərinə görə, istilər kənd təsərrüfatına ciddi ziyan vurur:

"Buğda və arpa kimi məhsullar quruyub məhv ola bilər, meşə yanğınları əlavə iqtisadi itkilər yaradır. Həmçinin dəmir yollarında relslərin deformasiyası mümkündür. Yüksək temperatur nəticəsində qəza riskləri artır".

İyunun sonlarında Avropanı bürüyən güclü isti dalğası bir çox ölkədə tarixi temperatur rekordlarının yenilənməsinə səbəb olub. Məlumatlara görə, Fransa, Almaniya, Polşa, İsveçrə, Rumıniya və Slovakiyada temperatur 40°C-dən yuxarı qalxıb. Fransada istilərlə bağlı artıq ölüm hallarının artdığı və təxminən 1000 nəfərin izafi ölümünün qeydə alındığı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR