• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Gəlin, işləyin və vidalaşın"

DÜNYA

05 Iyul 2026 | 11:31 | Müəllif: Aynur Babazadə

"Gəlin, işləyin və vidalaşın"

Rusiyada miqrasiya siyasəti ilə bağlı yeni və olduqca sərt yanaşma gündəmə gəlib. Deputatlar ölkəyə gələn miqrantların fəaliyyətini tənzimləmək üçün üç "P" (rus dilində "прийти", "поработать", "попрощаться" – gəlmək, işləmək, vidalaşmaq) prinsipinin tətbiqini təklif ediblər.

Bakıvaxtı.az xəbər verir ki, parlament üzvlərinin irəli sürdüyü bu təşəbbüsə görə, miqrantlar Rusiyaya yalnız müəyyən bir işi yerinə yetirmək üçün gəlməli və öhdəlikləri başa çatdıqdan sonra dərhal ölkəni tərk etməlidirlər.

Bu yanaşma ilə rəsmi dairələr miqrasiya axınını daha çevik idarə etməyi və işçi qüvvəsinin ölkədə daimi yaşamaq hüququ əldə etmədən, yalnız ehtiyac duyulan müddətdə qalmasını hədəfləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026