"Ferrari" komandasının pilotu Şarl Lekler 2026-cı il "Formula-1" dünya çempionatının Böyük Britaniya Qran-prisinin qalibi olub.
Bakıvaxtı.az xəbər verir ki, mövsümün doqquzuncu mərhələsi İngiltərənin "Silverstoun" trasında keçirilib.
Monakolu pilot yarışı birinci pillədə başa vuraraq 2024-cü ilin oktyabrında ABŞ Qran-prisindən sonra ilk qələbəsini qazanıb. Beləliklə, Lekler 37 yarışlıq qələbəsiz seriyaya son qoyub.
İkinci yeri "Mercedes"in britaniyalı pilotu Corc Rassell tutub. Onun həmyerlisi, "Ferrari"nin şərəfini qoruyan Lüis Hemilton isə yarışı üçüncü pillədə başa vurub.
Yarışın son dövrələri "Red Bull" komandasının pilotu Maks Ferstappenin mübarizəni dayandırmasından sonra təhlükəsizlik avtomobilinin müşayiəti altında tamamlanıb.
Ümumi sıralamaya başçılıq edən "Mercedes" pilotu Kimi Antonelli isə texniki problemlər səbəbindən yarışı yalnız 16-cı yerdə başa vuraraq xal qazana bilməyib.
Bakı 



