ABŞ ilə müharibənin yenidən başlaması halında, İran hələ hücuma məruz qalmamış Amerika bazalarına zərbələr endirməyə hazırdır.
Bakıvaxrı.az Report-a istinadən xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin hərbi müşaviri Möhsün Rzayi CNN-ə verdiyi müsahibədə bildirib.
"Əvvəllər hücuma məruz qalmayan digər Amerika bazalarına zərbə endirməklə müharibəyə yeni bir ölçü qatacağıq", - deyə o əlavə edib.
Onun sözlərinə görə, müharibə yenidən başlasa, İran hərbi əməliyyatları Fars körfəzindən kənara - Hörmüz boğazından Hind okeanına, Babül-Məndəb boğazına, Qırmızı dənizə və Aralıq dənizinə köçürə bilər.
Eyni zamanda, Rzayi qeyd edib ki, müharibə ehtimalı aşağı olaraq qalır.
Bakı 




