• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Çunqonq Şamaxıda - Fotolar

SİYASƏT

07 May 2026 | 09:13 | Müəllif: Əli Hüseynov

Çunqonq Şamaxıda - Fotolar

Mayın 6-da ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq Şamaxı rayonuna səfər edib.

Bakıvaxtı.az  xəbər verir ki, əvvəlcə qonaq “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

Qonağa ölkəmizdə kosmik sahənin qurulması və inkişafı, Azərbaycanın kosmik imkanları barədə məlumat verilib.

Sonra Şamaxı rayonuna gələn Baş katib Martin Çunqonq rayonun görməli yerləri ilə tanış olub. Şamaxı Cümə Məscidində qonağa bu qədim abidənin tarixi, onun memarlıq və arxeoloji baxımından əhəmiyyəti barədə məlumat verilib.

Səfər çərçivəsində qonaq Şamaxı şəhərində yerləşən və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Yaradıcılıq Mərkəzində də olub.  

PAİ-nin Baş katibi Martin Çunqonqa mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.


Çunqonq Şamaxıda - FotolarÇunqonq Şamaxıda - FotolarÇunqonq Şamaxıda - FotolarÇunqonq Şamaxıda - FotolarÇunqonq Şamaxıda - FotolarÇunqonq Şamaxıda - FotolarÇunqonq Şamaxıda - Fotolar
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026