q
  • Bakı 20° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

Azərbaycan-Ermənistan sülhünə əsas TƏHDİD

SİYASƏT

07 May 2026 | 09:23

Azərbaycan-Ermənistan sülhünə əsas TƏHDİD

"Vətəndaş Müqaviləsi" partiyası yeni Konstitusiyanın mətni üzərində işləməyə davam etmək üçün seçkilərin bitməsini gözləyir.

Bakıvaxtı.az bu barədə "Hraparak" qəzetinə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, seçkilərin nəticələri referendum keçirilməsinin mümkünlüyünü müəyyən edəcək, çünki hakim partiya layihəni ümumxalq səsverməsinə təqdim etmək üçün ya konstitusiya çoxluğuna, ya da koalisiya tərəfdaşlarının dəstəyinə ehtiyac duyur.

Əgər 7 iyunda keçiriləcək parlament seçkilərində hakim "Vətəndaş Müqaviləsi" partiyası mütləq çoxluq əldə etməsə, bu referendum məsələsini arxa plana keçirə bilər. 

Xatırladaq ki, 2025-ci ilin mart ayının sonlarında Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan hakimiyyətinin 2027-ci ildə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırdığını açıqlamışdı. 2025-ci ilin aprelində o, parlamentdə yeni Konstitusiyanın Bəyannaməyə istinad etməməli olduğunu bildirmişdi.

Qeyd edək ki, Azərbaycan rəsmi İrəvandan keçmiş “Dağlıq Qarabağ”a aid iddianın Ermənistan Konstitusiyasının preambulasından çıxarmağı tələb edib. Rəsmi Bakı haqlı olaraq hesab edir ki, Ermənistan Konstitusiyası dəyişməsə, qarşıdakı illərdə hakimiyyətə gələ biləcək hansısa “revaşist qüvvələr”ə Azərbaycana qarşı yenə ərazi iddiaları ilə çıxış etməyə səbəb verəcək. Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş "Dağlıq Qarabağ" Ermənistanın bir hissəsi elan olunub.


SON XƏBƏRLƏR

06 May 2026