“Gənclərin tariximizi öyrənməsi və müasir biliklərə yiyələnməsi dövlət üçün xüsusi əhəmiyyət daşıyır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.
Nazir bildirib ki, bu cür müsabiqələr məktəblilərin araşdırma, təqdimat və çıxış bacarıqlarının inkişafına mühüm töhfə verir. Onun sözlərinə görə, şagirdlərin həm milli dəyərləri öyrənməsi, həm də müasir dünyaya uyğun bilik və bacarıqlar qazanması vacibdir.
Emin Əmrullayev qeyd edib ki, müsabiqənin uzun illərdir davam etdirilməsi gənclərin maariflənməsi və vətənpərvər ruhda yetişməsi baxımından mühüm rol oynayır.
Nazir əlavə edib ki, təhsil yalnız bilik əldə etmək deyil, eyni zamanda düşünməyi, araşdırma aparmağı və cəmiyyət üçün faydalı vətəndaş kimi formalaşmağı da ehtiva edir.
Zeynəb Rzayeva
Bakı 




