• Bakı 24° C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

İrandan ölkəmizə qaçan əfqanlar saxlanıldı - FOTO

CƏMİYYƏT

06 Iyun 2026 | 10:50

İrandan ölkəmizə qaçan əfqanlar saxlanıldı - FOTO

İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, həmin şəxslər Əfqanıstan vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgüldür. Əməliyyat-qoşun tədbirləri DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilib. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


SON XƏBƏRLƏR

05 Iyun 2026