• Bakı 24° C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Qaz kəməri zədələndi - Abonentlər qazsız qaldı

CƏMİYYƏT

06 Iyun 2026 | 11:11

Qaz kəməri zədələndi - Abonentlər qazsız qaldı

Bu gün saat 10:00 radələrində Lənkəran rayonunun Liman şəhəri, M. İbayev küçəsində aparılan qazıntı işləri zamanı diametri 225 millimetr olan ortatəzyiqli yeraltı qaz kəməri zədələnib.

Bakıvaxtı.az “Qafqazinfo”a istinadla xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, zədələnmə nəticəsində qaz sızması baş verib. Qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə Liman şəhəri, Nərimanabad qəsəbəsi, Balıqçılar və Üzümçülük yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Qeyd olunub ki, qəza-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.


SON XƏBƏRLƏR

05 Iyun 2026