• Bakı 12° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Gəmidə həlak olanlardan biri AİLƏNİN TƏK OĞLU İMİŞ

CƏMİYYƏT

05 Iyun 2026 | 17:40 | Müəllif: Əli Hüseynov

Gəmidə həlak olanlardan biri AİLƏNİN TƏK OĞLU İMİŞ

İyunun 5-də gecə saatlarında Azov dənizində vurulan gəmidə olan 5 azərbaycanlıdan biri - 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyev Zaqatala rayonu, Aşağı Tala kənd sakinidir.

Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, M.Əliyev bir neçə il əvvəl Zaqatala rayonundan Rusiyaya - atasının yanına köçüb. O, həmin vaxtdan etibarən gəmidə işləyirmiş. Gəmidə kapitanın 2-ci köməkçisi kimi çalışırmış.

Ailəli olub, bir azyaşlı oğlu qalıb. M.Əliyevin özü ailənin yeganə oğul övladı imiş. Ailənin bir oğlu, bir qızı olub. M.Əliyevin atası İ.Əliyev isə uzun müddətdir Rusiyada yaşayır, xırda sahibkarlıqla məşğuldur.


Gəmidə həlak olanlardan biri AİLƏNİN TƏK OĞLU İMİŞ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026