• Bakı 21° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

"Şəfa"nın yeni baş məşqçisi bəlli oldu

İDMAN

05 Iyun 2026 | 17:43

Şəfanın yeni baş məşqçisi bəlli oldu

"Şəfa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bakıvaxtı.az-ın paytaxt təmsilçisinə istinadən məlumatına görə, bu posta Zaur Həşimov təyin olunub.

44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Z.Həşimov "Şəfa" klubuna yad sima deyil. O, futbolçu kimi komandanın formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Zaur Həşimov "Qəbələ" və "Zirə" klublarında məşqçi kimi çalışıb. Eyni zamanda Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. O, həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.


SON XƏBƏRLƏR