• Bakı 24° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Putinlə görüşən hərbçi Ukraynada öldürüldü

CƏMİYYƏT

06 Iyun 2026 | 12:20

Putinlə görüşən hərbçi Ukraynada öldürüldü

Rusiya Prezidenti Vladimir Putinin vaxtilə şəxsən görüşə dəvət etdiyi və “Rusiya Qəhrəmanı” adına layiq görülən hərbçi Naran Oçir-Qoryayev Ukraynada gedən döyüşlər zamanı həlak olub.

Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Kalmıkiya Respublikasının rəhbəri Batu Xasikov məlumat verib.

Rusiya mediasının yazdığına görə, Naran Oçir-Qoryayev 2022-ci ildən döyüş bölgəsində olub və Soledar, eləcə də Seversk istiqamətində döyüşlərdə iştirak edib.

Bildirilir ki, o, 2025-ci ilin dekabrında Vladimir Putinlə keçirilən “birbaşa xətt” proqramından sonra daha geniş tanınıb. Həmin vaxt Rusiya prezidenti hərbçini şəxsən dəvət edərək ondan Donetsk vilayətində yerləşən Seversk şəhərinin “azad olunması” barədə danışmasını istəyib.

Rusiya mediasının məlumatına görə, Oçir-Qoryayevin komandanlıq etdiyi rota 80-dən çox yaşayış evini nəzarətə götürüb və Ukrayna Silahlı Qüvvələrinin 36 dayaq məntəqəsini məhv edib.

Qeyd edək ki, ona “Rusiya Qəhrəmanı” adı bir il əvvəl prezident fərmanı ilə verilmişdi.


SON XƏBƏRLƏR

05 Iyun 2026