• Bakı 21° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

Ermənistanda seçki saxtakarlığı davam edir

DÜNYA

05 Iyun 2026 | 17:53

Ermənistanda seçki saxtakarlığı davam edir

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi seçicilərin ələ alınması üzrə sxeminin üstünü açıb.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, qanunazidd fəaliyyətdə sabiq yüksək vəzifəli məmurların əli var.

"Korrupsiyaya qarşı Mübarizə Komitəsi seçicilərin ələ alınması sxemini aşkar edib və onun sonrakı cinayətkar fəaliyyətinin qarşısını alıb. İşin fiqurantları arasında keçmiş yüksək vəzifəli şəxslər, o cümlədən Dövlət Əmlakının İdarəedilməsi üzrə Departamentin rəhbəri vəzifəsində çalışmış Arman Saakyan da var", - qurumun bəyanatında bildirilib.

Komitənin məlumatına görə, dörd nəfər seçkilər zamanı rüşvət vermək və almaqda ittiham olunur. Onlardan ikisi barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Qurumdan vurğulanıb ki, cinayətkar sxemin bütün iştirakçılarının müəyyən edilməsi və onların cinayət məsuliyyətinə cəlb olunmasına yönəlmiş fəal istintaq və prosessual addımlar davam etdirilir.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.


SON XƏBƏRLƏR