• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Livana hücumlar: 21 nəfər öldü

DÜNYA

06 Iyun 2026 | 09:21 | Müəllif: Ayyət Əhməd

Livana hücumlar: 21 nəfər öldü

 

İsrailin son sutka ərzində Livanın müxtəlif bölgələrinə hava hücumları nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, Livanın NNA xəbər agentliyinin məlumatına görə, İsrailə məxsus pilotsuz təyyarə Mərvaniyyə şəhərində bir motosikleti hədəfə alıb. Hücum nəticəsində 2 nəfər ölüb.

Zibdin şəhərinə təyyarə hücumu nəticəsində biri tibb işçisi olmaqla 4 nəfər həlak olub. Aba şəhərində iki suriyalı uşaq ölüb, ataları isə yaralanıb. İsrailin Livanın cənubundakı müxtəlif ərazilərə hücumları nəticəsində 13 nəfər həlak olub.

Beləliklə, bu gün İsrailin Livana hücumlarında ölənlərin sayı 21-ə çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026