• Bakı 18° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

İraq Əli Xamenei ilə vida mərasimlərini məhdudlaşdırır 

DÜNYA

05 Iyul 2026 | 23:42 | Müəllif: Zeynəb Rzayeva

İraq Əli Xamenei ilə vida mərasimlərini məhdudlaşdırır

İraq hakimiyyəti İranın ali rəhbəri Əli Xameneinin dəfn mərasimləri ilə bağlı ölkədə keçiriləcək anım tədbirlərini məhdudlaşdırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Shafaq News" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, vida mərasimləri iyulun 8-də yalnız şiələr üçün müqəddəs sayılan Ən-Nəcəf və Kərbəla əyalətlərində təşkil olunacaq.

Bildirilir ki, İraq hökuməti Tehranın təzyiqlərinə baxmayaraq, paytaxt Bağdadda kütləvi yürüş və digər anım tədbirlərinin keçirilməsindən imtina edib.

Portalın iddiasına görə, bu addım yeni İraq hökumətinin, xüsusilə baş nazir Əli əz-Zeydinin Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində, daha balanslı xarici siyasət kursu yürütmək niyyətini nümayiş etdirmək məqsədi daşıyır.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026