• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Hindistan İrana yeni səfir göndərdi

DÜNYA

04 Avqust 2026 | 21:26 | Müəllif: Subhan Mahmudov

Hindistan İrana yeni səfir göndərdi

Hindistan hökuməti Vişveş Negini İrana yeni səfir təyin edib.

Adalet.az xəbər verir ki, diplomat hazırda Xarici İşlər Nazirliyində birgə katib vəzifəsini tutur və onun tezliklə Tehranda fəaliyyətə başlayacağı gözlənilir.

Yeni səfir beynəlxalq təhlükəsizlik, müdafiə əməkdaşlığı, Pakistanla əlaqələr və BMT-də çoxtərəfli diplomatiya sahələrində təcrübəyə malikdir.

Onun təyinatının Hindistan və İran arasında energetika, ticarət, nəqliyyat əlaqələri və regional təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafına töhfə verəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026