• Bakı 25° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Stoltenberq: Almaniya hərbi gücə çevrilmək yolundadır

DÜNYA

05 Iyul 2026 | 23:55

Stoltenberq: Almaniya hərbi gücə çevrilmək yolundadır

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Almaniyanın mühüm hərbi gücə çevrilmək yolunda olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Der Spiegel" jurnalına müsahibəsində deyib.

"Bu, düzgün istiqamətdir və mən bunu alqışlayıram", – deyə Stoltenberq Almaniyanın NATO-da yeni rol qazanacağı ilə bağlı fikirlərə münasibət bildirərkən qeyd edib.

O xatırladıb ki, vaxtilə Almaniya müdafiə xərclərinə görə ABŞ, Böyük Britaniya və Fransadan sonra dördüncü yerdə idi.

"Bu vəziyyət köklü şəkildə dəyişib. Almaniya mühüm hərbi gücə çevrilmək yolundadır", – deyə Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, bu transformasiyada Almaniyanın müdafiə naziri Boris Pistoriusun da mühüm rolu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026
04 Iyul 2026