• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq

DÜNYA

05 Iyun 2026 | 20:27 | Müəllif: Subhan Mahmudov

Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola ilə mübarizə üçün 518 milyon dollar ayıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Biz sıfırdan başlamırıq: bu plan əvvəlki epidemiyalar və son səhiyyə fövqəladə halları ilə mübarizə təcrübəsinə əsaslanır", - deyə o bildirib.

ÜST-ün baş direktorunun sözlərinə görə, virusla mübarizə planı iyun-noyabr ayları arasında Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri ilə birgə həyata keçiriləcək.

Qebreyesus vurğulayıb ki, Ebolanın qarşısının alınması siyasi öhdəlik, davamlı maliyyələşdirmə və yerli iştiraka etibar tələb edir.

Bundibuqyo ştammının yaratdığı yeni, kütləvi Ebola epidemiyası Afrikada sürətlə yayılır. İyun ayı etibarilə bölgədə mindən çox şübhəli yoluxma və 200-dən çox ölüm halı qeydə alınıb. Mərkəzi və Qərbi Afrikanın sıx meşələri əsas yayılma mərkəzi olaraq qalır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026