• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Medvedev: Paşinyan rəqiblərini sıradan çıxarır

DÜNYA

06 Iyun 2026 | 11:44 | Müəllif: Ayyət Əhməd

Medvedev: Paşinyan rəqiblərini sıradan çıxarır

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın Baş naziri Nikol Paşinyanı seçkilər öncəsi rəqiblərini sıradan çıxarmağa çalışmaqda ittiham edib və ölkədə keçirilən seçkilərin legitimliyini sual altına alıb.

Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Dmitri Medvedev açıqlamasında bildirib.

Keçmiş Rusiya prezidenti Ermənistan hökumət başçısının siyasi rəqiblərindən qurtulmağa çalışdığını iddia edib. “Paşinyan seçkilərdə bütün rəqiblərini sıradan çıxarmağa çalışır”, - deyə Medvedev bildirib.

Onun sözlərinə görə, Ermənistanda keçirilən seçkiləri legitim hesab etmək olmaz, çünki hazırkı baş nazir rəqiblərini siyasi prosesdən uzaqlaşdırmağa çalışır. Medvedev əlavə edib ki, belə seçkilərin keçirilməsi Paşinyana “hətta Vaşinqton və Brüsseldə də bağışlanmayacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026