• Bakı 26° C

    10.06 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

ABŞ-də bayramda qan töküldü: 6 nəfər öldü

DÜNYA

06 Iyul 2026 | 10:09

ABŞ-də bayramda qan töküldü: 6 nəfər öldü

ABŞ-nin müxtəlif şəhərlərində Müstəqillik Günü bayramı zamanı baş verən atışmalar nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "NBC news" telekanalı məlumat yayıb.

Bruklində (Nyu-York) Koni-Aylend rayonunda maskalı iyulun 11-i axşam saatlarında ailəvi barbeküdə insanlara atəş açaraq azı 8 nəfəri, o cümlədən 4 uşağı yaralayıb.

Bənzər hadisələr İndiana, Kaliforniya, Missuri və Ohayo ştatlarında da qeydə alınıb. Ölənlər arasında uşaqlar və yeniyetmələr var. Belə ki, Floridada Pensakola şəhərinin mərkəzində baş verən atışma nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər yaralanıb. İndiana ştatında bir neçə atışma hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bundan əlavə, Missuri ştatında atışma nəticəsində 17 yaşlı yeniyetmə həlak olub, daha 2 yaralı xəstəxanaya yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026
04 Iyul 2026