Kiyev meri Vitali Kliçko paytaxtda 7 iyul tarixinin matəm günü elan edildiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, mer 5 iyuldan 6 iyula keçən gecə paytaxta edilən hücumu "düşmənin paytaxta etdiyi ən kütləvi hücum" kimi qiymətləndirib.
Matəm günü ilə əlaqədar şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağan olunub.
Hazırda Kiyevin Podolski və Dərnitski rayonlarında zərər görmüş binalarda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Dağıntılar altında insanların olduğu ehtimal edilir. Son məlumata görə, hücum nəticəsində 11 nəfər həyatını itirib.
Sabah Kiyevdə matəm olacaq
DÜNYA
06 Iyul 2026 | 11:02 | Müəllif: Aynur Babazadə

SON XƏBƏRLƏR
06 Noyabr 2026















