• Bakı 25° C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Litva çərkəz xalqının soyqırımını tanıyacaq

DÜNYA

06 Iyul 2026 | 11:19

Litva çərkəz xalqının soyqırımını tanıyacaq

Rusiya imperializm siyasətindən imtina etməli və öz əməllərinə görə məsuliyyət daşımalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Litva Media Assosiasiyasının direktoru, Litva Seyminin sabiq üzvü Gintaras Sonqayla "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı konfransda bildirib.

G.Sonqayla Rusiyanı vaxtilə çərkəzlərə qarşı törətdiyi soyqırımını etiraf etməyə çağırıb. O, XIX əsrdə çərkəzlərin 90 %-nin soyqırımına məruz qaldığını, tarixi vətənlərinin dağıdıldığını, özlərinin müxtəlif yerlərə səpələndiyini bildirib:

"Bu gün çərkəz mədəniyyəti davamlı təqib edilir və yoxolma həddindədir. Mənim məlumatıma görə, Litva Respublikası yaxın gələcəkdə Rusiya imperiyası tərəfindən törədilən çərkəz xalqının soyqırımını tanıyacaq. Nəticədə Litva BMT çərçivəsində çərkəzlərin tarixi vətəninin tanınması üçün məsələ qaldıra bilər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026