Soçi beynəlxalq hava limanının onlayn cədvəlinə əsasən, hazırda 15 gediş və 14 gəliş reysi təxirə salınıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, gecikmələr əsasən Moskva, Sankt-Peterburq, həmçinin İstanbul, Tbilisi və Rusiyanın digər regionları istiqamətində qeydə alınıb.
"Rosaviasiya" təhlükəsizliyi təmin etmək məqsədilə iyulun 4-nə keçən gecə Soçi aeroportunda uçuşlara müvəqqəti məhdudiyyət qoyub, lakin qısa müddət sonra qadağa ləğv edilib.
Qeyd edək ki, oxşar təhlükəsizlik tədbirləri səbəbindən Krasnodar və Gəlincik aeroportlarında da məhdudiyyətlər tətbiq olunub.
Zeynəb Rzayeva
Bakı 



