• Bakı 13° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Hörmüz üzərində 4 İran PUA-sı vuruldu

DÜNYA

06 Iyun 2026 | 09:39 | Müəllif: Ayyət Əhməd

Hörmüz üzərində 4 İran PUA-sı vuruldu

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, pilotsuz aparatların regional dəniz nəqliyyatı üçün birbaşa təhlükə yaratdığı qiymətləndirilib və onlar ABŞ qüvvələri tərəfindən zərərsizləşdirilib.

Bundan sonra ABŞ ordusu İranın cənub sahillərində yerləşən müşahidə radar sistemlərinə zərbələr endirib. Hədəflər arasında Qoruk bölgəsi və Qəşm adasındakı radar qurğularının olduğu bildirilib.

ABŞ tərəfi əməliyyatın mümkün yeni hücumların qarşısını almaq məqsədilə müdafiə xarakteri daşıdığını bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026