q
  • Bakı 15° C

    11.1 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı - YENİLƏNİB

SİYASƏT

06 May 2026 | 23:43

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı - YENİLƏNİB

Mayın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.

Bu barədə Bakıvaxtı.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Ukrayna Prezidentləri arasında aparılmış danışıqlardan və əldə olunmuş razılıqlardan irəli gələn məsələlər, Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual mövzuları müzakirə edilib.

 

22:10

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sibiqa sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, azərbaycanlı həmkarı ilə səmərəli söhbət apardığını, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün gələcək addımları müzakirə etdiklərini bildirib.


SON XƏBƏRLƏR

16 May 2026
15 May 2026