• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Çinin sabiq müdafiə nazirləri edam ediləcək

DÜNYA

07 May 2026 | 15:24 | Müəllif: Əli Hüseynov

Çinin sabiq müdafiə nazirləri edam ediləcək

Çinin sabiq müdafiə nazirləri general-polkovnik Li Şanfu və general-polkovnik Vey Fenxe edam cəzasına məhkum ediliblər.

Bakıvaxtı.az-ın məlumatına görə, sabiq müdafiə nazirləri korrupsiyada təqsirli biliniblər.

Məlumatda deyilir ki, Li Şanfu və Vey Fenxe 2024-cü ildə hərbi statuslarından məhrum edilərək, Çin Kommunist Partiyasından xaric olunublar.

Məlumatda bildirilib ki, Çin lideri Si Cinpinin əmri ilə həyata keçirilən genişmiqyaslı korrupsiyaya qarşı mübarizənin əsas hədəflərindən biri ordu olub.

Qeyd edək ki, Li Şanfu 2023-cü ilin martından oktyabrına qədər, Vey Fenxe isə 2018-ci ilin martından 2023-cü ilin martına qədər müdafiə naziri vəzifəsində çalışıblar.

Xatırladaq ki, Çində ölüm hökmü adətən cəza müddəti ərzində heç bir cinayət törətmədikdə ömürlük həbs cəzası ilə əvəz olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026