• Bakı 23° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Pezeşkian Müctəba Xamenei ilə görüşüb

DÜNYA

07 May 2026 | 14:49 | Müəllif: Əli Hüseynov

Pezeşkian Müctəba Xamenei ilə görüşüb

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ilə görüşüb.

Bakıvaxtı.az-ın xəbərinə görə, Məsud Pezeşkian İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin məsul şəxsləri ilə görüşdə bu məsələyə toxunub.

    O, İranın Ali Rəhbəri ilə görüşünün səmimi atmosferdə və qarşılıqlı hörmət mühitində keçdiyini bildirib.

    “Bu yaxınlarda Ali Rəhbər Ayətullah Seyid Müctəba Xamenei ilə görüş keçirdim. Görüş səmimi şəraitdə baş tutdu və müzakirələr təxminən iki saat yarım davam etdi”, - İran Prezidenti deyib.

    İran Prezidentinin sözlərinə görə, “düşmənlərin əsas məqsədi ictimai narazılıq yaratmaq, insanları küçələrə çıxarmaq, idarəetmə strukturunu zəiflətmək və nəticədə ölkəni parçalamaq idi”.

    “Lakin İran xalqı ordu, hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri ilə birlikdə vəziyyəti ən yaxşı şəkildə idarə etdi və bu ssenarilərin gerçəkləşməsinə imkan vermədi”, - o əlavə edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Sentyabr 2026