Ukraynada 33 tələbə Azərbaycana gətirilərək burada sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məluat yayıb.
Qeyd edilib ki, 8 günlük sosial reabilitasiya proqramı çərçivəsində onların bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlərə, ustad dərslərinə cəlb olunması nəzərdə tutulub.
Həmçinin, ukraynalı gənclərə Azərbaycan mədəniyyəti və incəsənəti, ölkəmizin tarixi və görməli yerləri, milli mətbəxlə yaxından tanış olmaq imkanı yaradılır.
Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.
Qeyd edək ki, ötən dövrdə Ukraynadan 400-ə yaxın uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
Bakı 




