q
  • Bakı 19° C

    3.33 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

Epşteynin ölümündən əvvəlki MƏKTUBU

DÜNYA

07 May 2026 | 13:21

Epşteynin ölümündən əvvəlki MƏKTUBU

ABŞ məhkəməsi maliyyəçi Ceffri Epşteyn tərəfindən yazıldığı iddia edilən ölümdən əvvəlki məktubu dərc edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "The New York Times" (NYT) nəşri məlumat verib.

Məktub Epşteynin kamera yoldaşı, dörd nəfərin qətlində ittiham olunan keçmiş polis əməkdaşı Nikolas Tartalyonenin sənədlərinin içində olub. Onun sözlərinə görə, Epşteyn intihar cəhdindən sonra kamerasından çıxarıldıqda məktubu öz vəkillərinə verib.

Məktub aylarla davam edən nəticəsiz istintaqla bağlı şikayətlə başlayır. Daha sonra "vidalaşmaq üçün vaxt seçmək" imkanı ilə bağlı sözlər yazılıb. Mətn "Əyləncəli deyil - buna dəyməz" ifadəsi ilə bitir.

ABŞ məhkəməsi Epşteynin ölümündən əvvəl yazdığı məktubu dərc edib: Əyləncəli deyil - buna dəyməz  - FOTO

Məqalədə qeyd olunur ki, nəşr məhkəməyə məxfiliyin ləğvi üçün vəsatət təqdim edənə qədər qeyd uzun müddət dərc olunmayıb. Yalnız bundan sonra Nyu-York ştatındakı Uayt-Pleyns federal dairə məhkəməsi məktubun dərc olunması ilə bağlı qərar verib.

NYT vurğulayır ki, məktubun həqiqiliyi barədə hələlik heç bir təsdiq yoxdur.


SON XƏBƏRLƏR

06 May 2026