• Bakı 25° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Sosialda söyüş söydü, cəzalandırıldı

SİYASƏT

07 May 2026 | 11:07

Sosialda söyüş söydü, cəzalandırıldı

Sabirabad rayonunda "TikTok" sosial şəbəkəsində əxlaqsız ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, rayon sakini, 43 yaşlı Rövşən Hüseynov sosial şəbəkədə ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən paylaşımlar edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində o, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub.

R.Hüseynov ifadəsində əməlindən peşman olduğunu bildirib. O, 3-cü qrup əlil olduğunu nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş edib və bir daha belə hallara yol verməyəcəyinə söz verib.

Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində inzibati qaydada cərimələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyun 2026