Türk musiqisinin əfsanəvi siması Barış Mançonun 1972-ci ildə yaratdığı "Kurtalan Ekspres" qrupunun üzvü Hüseyin Cebeci Bodrumdakı evində ölü tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, sənətçidən uzun müddət xəbər ala bilməyən yaxınları onun evinə getdikdə Cebecinin cansız bədəni ilə qarşılaşıblar.
Cebecinin cənazəsi dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi üçün tibbi ekspertizaya göndərilib və hadisə ilə bağlı istintaq başladılıb.
Polis ilkin ehtimallara görə hadisənin intihar ola biləcəyini bildirib.
Bakı 




